Xərçəngdən şübhələnən zaman nə kimi müayinələrin görülməsi barədə

Hərçəng çox qorxulu bir xəstəlikdir, bu xəstəlik cavan və sağlam bir insanı qısa bir vaxtda öldürə bilər. Xərçəngin təhlükəsi məhz ondan ibarətdir ki, ilkin mərhələdə o özünü heç cür biruzə vermir, yəni əlamətsiz inkişaf edə bilər. Yaxud əlamətlər olduqça ümumi olur, və ona görə də şübhə oyatmır. Belə olduqda, xərçəngvari prosesinin 0, 1 və 2-ci mərhələlərində aşkar olunması üçün, analizlər və müayinənin instrumental üsulları kömək edir. Xərçəngin ilkin mərhələlərində ən yaxşı diaqnostikası - müntəzəm sürətdə təcrübəli həkimlər tərəfindən aparılan profilaktik müayinələrdir.

Onkologiya xəstəliklərin diaqnostika üsulları

Onkologiya xəstəliklərin diaqnostikası aşağıdakilardan ibarətdir:

·        şüa diaqnostikası, bu diaqnostika ultrasəs, rentqen şüalarını, radiomagnit rezonansını (bu diaqnostika şişlərin lokallaşdırmasını, ölçülərini və konturlarını aşkar etməyə kömək edir) istifadə edir;

·        laboratoriya diaqnostikası (dəqiq nəticə vermir, çünki laborator üsullar ilə tapılan normadan kənara çıxmalar, nəyinki yalnız xərçəngvari şişlərlə xarakterizə olunan xəstəliklərdə, hətta digər xəstəliklərdə də müəyyən olunur);

·        radioizotop diaqnostikası (bu diaqnostikanın vasitəsilə elə pozmalar müəyyən olur, hansılar ki, şişlərin konkret bir növləri ilə xarakterizə olunur, misal üçün, qalxanvari vəzinin düyünləri);

·        endoskopik diaqnostikası - sitoskopiya, laparoskopiya, kolonoskopiya, qastroskopiya (bu diaqnostikasının vasitəsilə daxili orqanlarda selikli qisanın vəziyyəti yoxlanılır, biopsiya üçün toxuma götürülür);

·        biopsiya (xərcəngvari hüceyrələrin aşkar olunmasını təsdiq edir).

Analizlər

İnsan ümumi əhvalından şikayət edirsə, həkim qanın ümumi analizini (barmaqdan götürülür) təyin edir. Orqanizmdə iltihab prosesi olduqda, leykositlər səviyyəsinin və eritrositlərin enmə sürətinin artması aşkar olunur. Onkologiyada hemoqlobinin səviyyəsi adətən aşağı olur. Yalnız o demək deyil ki, orqanizmdə xərçəng prosesi başlayıb, bu ancaq insanın səhhətində olan problemlərdən və sonraki hərtərəfli yoxlamanın vacibliyindən bəhz edir. Sidiyin ümumi analizi insanın sidik-cinsiyyət sisteminin, böyrəklərin işini, sidikdə şəkərin və bir sıra vacib olan elementlərin səviyyəsini göstərir. 

Xərçəngdən şübhələnən zaman hansı analizlərdən keçmək lazımdır:

·         onkomarkerlərin analizi;

·         nəcisin gizli qanaxmaya olan analizi;

·         yaxmalar.

Müayinənin instrumental metodları

Standart instrumental müayinələr aşağıdakilardır:

·         fluorografiya, bunun vasitəsilə, nəyinki vərəm və plevra xəstəliklərini, hətta şişləri də aşkar etmək olur;

·         ultrasəs müayinəsi, bu müayinə daxili orqanlarda hər cür şişlərin və kistaların olub olmamasını göstərir;

·         elektrokardioqram bizə ürəyin işləməsindən söyləyəcək.

İnsanın konkret bir orqanından şübhələnən zamanı belə müayinələr aparılmalıdır:

·        kolonoskopiya;

·        fibrosiqmoskopiya;

·        mammoqrafiya;

·        dermatoskopiya;

·        MRT.

Kolonoskopiya kolonoskop vasitəsilə aparılır. Müayinənin məqsədi xərçəngvari törəmələrin cənbər bağırsağında olub olmamasının aşkar olunmasından ibarətdir.

Fibrosiqmoskopiya - elə bir müayinədir, hansı ki, yoğun bağırsağda xərçəngin olub olmamasının aşkar olunması məqsədilə aparılır. 

Mammoqrafiya onu göstərir ki, döşdə yeni törəmələr var, yoxsa yoxdur. Qırx yaşından sonra qadınlar ildə bir dəfə elə müayinədən hökmən keçməlidirlər.

Dermatoskopiya elə insanlarla aparılır ki, hansıların bədənində çoxlu xal var.

MRT üsulu müayinə olunan orqanın yüksək dəqiqliyi ilə təsvir edilməsi üçün aparılır. 

Xərçəngin, istər уerkən diaqnostika, istərsə də müalicə üsulları, daima inkişaf edir və daha da mövcud olur. Yalnız onu demək lazımdır ki, tək bir analizin, yaxud diaqnostikanın instrumental bir üsulu ilə orqanizmdə yüksək dəqiqliyi xərçəngvari prosesin olub olmamasını təsdiq, yaxud təkzib etmək mümkün deyil. Müasir təbabətin inkişafına baxmayaraq, xərçəngvari proseslər tez-tez son mərhələlərdə aşkar olunur.

http://rakustop.ru/