Ütü necə təmizlənməlidir?

Cavab:

Sizin ütünüz nə qədər mükəmməl olsada, vaxt keçdikcə onun altı çirklənir və paltarlara ləkə salır. Ütünün altını çirkdən təmizləmək üçün sizə bir neçə sadə üsul təklif edirik. 

1. Duz 

Bu üsul ən çox yayılmış xalq üsuludur.

Bir qatlanmış sarğı və ya digər yumşaq parça bəzinin içinə duz qoyun və ütünü qızdırıb səliqə ilə onun altını silin.

Qeyd: Teflon örtüklü ütüləri duzla silmək olmaz!

2. Parafin şamı 

Parafin şamını pambıq parçasına bükün. İsti ütünün altını onun ilə silin. Şam əriməyə başlayacaq, ona görə də parafin ütünün içinə keçməmək üçün ütünü əyin. Ütünün alt hissəsi deşiklidirsə və buxar funksiyası varsa, bu xüsusilə vacibdir. Parafin həmin deşiklərdən keçsə, sizin paltarlara ləkə düşə bilər. Təmizləmədən sonra, parafin və kir qalıqlarını çıxarın.

3. Sirkə

Pambıq parçasını yaxud ayrı bir parçanı sirkədə isladıb, ütünün altını onun ilə silin. Yüksək yanıq olmamaq üçün, sirkəyə bir az naşatır spirti qatın. Lakin bu cür qarışıq ilə yalnız soyuq ütünü təmizləmək olar! Bu kömək etməsə, sirkə ilə isladılmış bir parçanın üstünə ütünü qoyun və səhərə qədər saxlayın. Bu müddət ərzində yanıq yumşalacaq və lay-lay çökəcək. Sonra quru parça ilə onu silin.

4. Hidrogenin peroksidi

Pambıq parçasını hidrogenin peroksidində isladın və ütünün altını onun ilə silin. Bu metodun danılmaz üstünlüyü - təmizlik edərkən iy tamamilə olmur.

5. Kimyəvi karandaş

Ən yaxşı üsul - xüsusi kimyəvi karandaşdır.

Ütünü lazımı qədər qızdırın, sonra onu söndürün və altını karandaş ilə sürtün. Müəyyən bir müddətdən sonra kimyəvi reaksiya başlayacaq, və isladılmış örtük quru parça ilə asanlıqla silinəcək. Reaksiya zamanı ayrılan maddələr sağlamlıq üçün təhlükəsizdir, xoşagəlməz iyi isə karandaşın tərkibində olan naşatır spirti yaradır. Ütü soyuyandan sonra, nəm parça ilə onun altını silin.

http://otvet.bigmir.net/