Kanan Karimzada's picture

TOEFL-dan necə daha çox xal yığmaq olar

Son vaxtlar TOEFL ilə maraqlanan və xaricdə oxumaq marağında olan dost-tanışların sayı artıb. İngilis dili səviyyəsini ölçən Toefl xalı nəqədər yüksək olsa tələbələr xarici universitetlərə ərizə ilə müraciət etdikdə o qədər çox qəbul olmaq və təqaüd tapmaq imkanları qazanarlar. Buna görə Toefl barədə daha çox danışmaq əvəzinə bəzi özüm üçün müəyyənləşdirdiyim detalları və ümumi texnikləri paylaşmaq istəyirəm. Ümid edirəm ki kimlərsə üçün faydalı olar. 

2009-da Fred ilə (Firdovsi Karimov- Çox səmimi və işinin ustası!) BEİC-də (Baku Education and İnformation Center) hazırlaşmışam Toefla. İlk imtahan təcrübəm çox uğursuz olub 2009 da 77 yığmışam, səbəbi birnəfərin qarğışı və mənim özümnən həddən çox arxayın olmağım :). 2010 Oktyabrda iki toefl imtahanına girmişəm ardıcıl olaraq və yaxşı xallar qazanmışam, 109 və 110. Ağlımda qalan bəzi önəmli məsələri bura yazıram :)

İlkin bilik səviyyəsi. Toefl-a başlamaq üçün ən azı Intermediate (orta) ingilis dili biliyi vacibdir. Təbii ki 95-100 xalı hədəfləyirsinizsə. 100 dən çox yığmağa iştahlı olanlar nəyivar özlərini suya vursunlar gərək :) İngilis dili bazanız nəqədər güclüdürsə, o qədər qısa müddətdə yaxşı xal yığa bilərsiniz. Məsələn Advanced-la başlayanlar 3 ay sistemli hazırlaşmaqla 100-dən çox yığa bilərlər asanlıqla.

Repetiror. Əgər ilkin olaraq biraz çətindisə sizin üçün, onda mütləq müəllim ilə hazırlaşmağınız məsləhətdi. Mənim təklifim Firdovsi Kərimov (Fred), Bakıda ən professional TOEFL masteri :).

Müddət. Nəqədər müddət hazırlaşmağınız çox önəmlidir. Sistemli olaraq 3-4 ay hazırlaşıb yüksək xal yığmaq mümkündür, təbii ki gündəlik vaxt sərfini nəzərə almaq önəmlidir. Minumum 3-4 saat lazımdı gün ərzində. Mənim bir dostum, Cəlil Musayev 2 il əvvəl son 2 həftəni günə 8 saat hazırlaşmışdı və 104 yığdı.

Ədəbiyyat. Hansı kitabla və hansı ardıcıllıqla başlamağınız önəmlidir. Mən bu kitabları istifadə etmişəm : Delta, Barrons, Longman, Kaplan, Cambridge, Princetown Crack Toefl Ibt, Official Toefl IBT.

Delta- sürətli başlamaq və toefl-a alışmaq üçün ən yaxşısıdır, xüsusən əgər digər kitablardakı sözlər sizə çətin gəlirsə və tekstlər çox ağır görünürsə. Bu kitab ilkin capacity building üçün əladır. Yaxşı ingilis dili biliyiniz varsa, bu kitabı çox tez bitirib digərlərinə keçid eləmək olar. 

Barrons- biraz uzun amma asan reading-lər var. Deltaya nisbətən çətin sözlər çoxdu tekstlərdə. Barronsun listeningi sürətli və sayca boldur. Yaxşıca toefl listening xalı istəyirsinizsə onda barronsun listeningləri ilə "Qulağınızı sındırın" :)) 

Longman- Listening çox asandı, amma test sualları biraz tricky olduğundan Longman təcrübəsi əsl imtahanda yaxşı mənada belə problemlə üzləşməyəcəyinizə qarantiyadır. Readinglər yaxşıdı.

Kaplan- readinglər nisbətən çətindi, bu kitabı ancaq məsləhətdi ki sınaq testi kimi istifadə edəsiniz. Xüsusən də imtahana yaxın bir müddətdə. 

Cambridge - ən çox sevdiyim və real imtahana bənzəyən bir kitabdır. Deyərdim ki bütün 4 hissə üzrə digər kitablardan mükəmməldir. Speaking bölməsi və misalları çox əladı. Kitabın diskində 7 sınaq testi var. Məsləhətdirki imtahandan 2 həftə öncə bu kitaba diqqət yetirib bütün testləri edəsiniz. Məsələn mənim bu kitabla etdiyim practise test xallarım real imtahan xalına çox yaxın olurdu həmişə. Xüsusən integrated writing və speaking bölməli məncə digər kitablardan çox yaxşıdır. Birbaşa olaraq bu kitabdan başlamaq çox çətin görünə bilər. Xüsusən reading bölməsi. Amma bu kitabdakı testləri yaxşı edirsinizsə əsl imtahanda ona yaxın nəticə əldə edəcəksiniz.

Princetown Crack Toefl Ibt - sadəcə əlavə test kimi istifadə etmişəm, bəzi qısa texnik və strategiyalar öyrədir.

ETS Official Toefl IBT- son 3 gün bu kitabdakı full practise testləri eləmişəm, speaking misalları və integrated writing hissəsinə mütləq baxın. Çox kömək edəcək.

Tələb olunan bacarıqlar. TOEFL heçdə tam olaraq inglis dili biliyinizi ölçmür (məsələn mən qrammatikadan heç nə xatırlamıram :D), daha çox sizin burda müəyyən bacarıqlarınız qabarıq şəkildə üzə çıxır. 

Reading -  Məntiqi olaraq cümlələri bir birinə bağlayıb lazım olan mesajı almaq, ümumiləşdirmək, biraz məntiq və biclik :)) məsələn sinonimləri bilməsəniz də biraz ingilis dili biliyi ilə bu suallara çox asan cavab tapa bilərsiniz.

Listening - practise practise practise! Mətnin səslənişindən hiss edə bilirsiniz ki sizə hansı suallar düşəcək, bunun üçün çoxlu sayda listening etmək və sualların tiplərini yaxşıca müəyyənləşdirmək lazımdır.

Speaking- Mən təzə danışmağa başlayanda rəngim qızarırdı, öskürək və.s birtəhər danışırdım :)) çox essay oxumaq və bu mövzular ətrafında danışmaq lazımdır. Daha yaxşı olardı ki ilk əvvəldən özünüz üçün çox qısa şablon hazırlayasınız,özüdə bir deyil bir neçə. Düşən sualdan asılı olaraq mövzu ilə daha yaxşı manipulasiya edə bilməyiniz üçün. Məncə ən yaxşı çoxlu readinglər oxumaqdır və birazda qlobal mövzulardan baş çıxarmaq. 

Writing - Independent bölüm üçün 2 kitab var " 185 Toefl writing  topics". Əgər yeni ideyalar tapmaqda biraz çətinlik çəkirsinizsə, onda bütün topicləri oxuyun. Bu həmdə speaking üçün çox kömək edəcək. Integrated  bölümü üçün ETS official Guide to İBT və Cambridge!!! Ümumiyyətlə writing ən asan hissədir, 2 həftə yaxşı hazırlaşıb 26-27 yığmaq olar çox asanlıqla. 

Təcrübəli olanlarla ünsiyyət. Bacardıqca yaxşı Toefl təcrübəsi olan cavanlarla söhbət edin, onların təcrübəsini soruşun vəya bir yerdə çalışın işləmək suallar üzərində. Bu çox kömək edəcək.

Kənar tərirlər. İmtahanda əlavə kənar təsirlər (externalities) olur həmişə. Buna görə psixoloji olaraq hazır olmaq lazımdı, əks halda imtahan uğursuz olar. Ən yaxşı hazırlıq isə POZİTİV olmaq, GÜLMƏK və hərşeyin gözəl olacağına inanmaqdır! 

Vaxt olsa ardın yazacam  :))