Fuad Nazarov's picture

Sünnət əməliyyatına dair məsləhətlər

Düzgün sünnət əməliyyatı. Doğru sünnət, cərrahi, asepsi və antisepsi qaydalarına riayət edilərək, cərrahi stabilizasiya şərtlərinin təmin edildiyi, təcrübəli, təhsilli, mütəxəssis həkimlər tərəfindən edilən sünnətdir.

Uşaq ən tez nə vaxt sünnət edilə bilər? Uşaqlar doğulduğundan bir gün sonra sünnət edilə bilərlər ancaq uşaqda doğuşdan penis anomaliyası (normal olmayan) varsa irəlidə sünnət dərisi, penisin bərpasında istifadə ediləcəyinə görə yeni doğulan uşağın sünnəti həyata keçirilməməlidir. Bununla bərabər vaxtsız və ya anadangəlmə bir xəstəlik varsa, ya da ailədə hemofiliya xəstəliyi əhvalatı varsa yeni doğulan uşaq sünnət edilməməlidir.

Ən uyğun yaş ya da ay hansıdır? Sünnət əməliyyat otağı qaydalarında, cərrahi prinsiplərə əməl edilərək, təcrübəli bir həkim tərəfindən edilərsə və əməliyyat sonrasında yaraya qulluq qaydalara uyğun şəkildə edilərsə hər yaşda sünnət həyata keçirilir. Bununla bərabər üç yaş civarında olan uşaqlar öz cinsiyyətlərini və genital orqanlarını tanımağa başladıqlarına görə, bu yaşlarda bölgə ilə əlaqəli cərrahi müdaxilələr daha xəssas olur. Bu dövrdə uyğun olmayan şərtlərdə edilən sünnət, təbii olaraq, psixoloji olaraq daha çox təsir edə bilər. Unutulmamalıdır ki, yaşca böyük uşaqlarda belə, yaşıdlarından eşitdikləri hekayələrə görə uyğun psixoloji hazırlıq aparılmadığı təqdirdə, sünnət travmatik bir müdaxilə olaraq yadda qala bilər.

Doğar doğmaz edilən sünnətin riski varmıdır? Sünnət edildikdən sonra ən çox qarşılaşılacaq şikayətlər qanama və infeksiyadır. Təzəcə doğulan uşağın sünnət edilməsinə maneə olan şərtlərdə, cərrahi müdaxilənin bəhs etdiyimiz riskləri göz önünə alınmamalıdır.

Doğar doğmaz edilən sünnətin üstünlükləri nələrdir? Birincisi, cərrahi müdaxilə ilə ələqəli şüurlu bir xatırlama olmayacaqdır. Uşaqların böyüməsi sürətli olduğu üçün yara yeri qısa zamanda yaxşılaşacaqdır. Lokal anesteziya ilə edildiyinə görə əməliyyatdan qabaq və sonrasında ac qalmaq lazım deyil. Ana zahılıq dövrü içərisində olduğuna görə, ananın vücud mayelərində ifraz edilməkdə olan mövcud hormon və bir sıra zülallar (endorfinlər) ilə qan müdafiə sistemi, əmizdirmə yoluyla uşağa çatdırılaraq cərrahi müdaxilə üzərində qoruma təsiri göstərəcəkdir. Bu qoruma faktorları təsiri ilə sünnət sonrası dövrdə ağrını aradan qaldıran dərmanlardan istifadə etməyə ehtiyac olmayacaqdır. Son olaraq, yeni doğulan sünnət olunmuş uşaqlarda, bölgənin təmizliyi daha asan olacağından idrar yolu infeksiyası riski azalır.

Sünnət etdirdikdən sonra nələrə diqqət edilməlidir? Yeni doğulan uşaqlarda  sünnət dərisi penis başına yapışıq olduğuna görə, sünnət sırasında bu yapışıqlığın ortadan qaldırılması nəticəsində penis başı dərisi özünü yeniləyənə qədər, alt vəzinə yapışmamağa qarşı tədbir görülür. İlk iki gün ərzində antiseptikli kremlər sünnətli bölgə üzərinə gündə üç dəfə sürtmək lazımdır. Uşaqlar sünnət sonrasında beşinci gün sünnəti edən həkim tərəfindən yoxlanılır və duş qəbul etməyinə icazə verilir. Qoyulan tikişlər  öz-özünə əriyərək düşər yəni ki, sökülməsinə ehtiyac yoxdur.

Şikayətlər nələr ola bilər? Hər əməliyyatda olduğu kimi qanama və yara yeri infeksiyası olan şikayətlərin başında gəlir. Yeni doğulan bir uşağın əməliyyat edildiyini düşünsək və sahənin mütəxəssisi olmayan həkimlər tərəfindən edildiyi təqdirdə, penisi örtən dəri lazım olduğundan çox qıssaldılmış hal penis başının retensiya olması şəklində qarşımıza çıxar. Ya da sünnət dərisi lazım olduğundan çox buraxılsa, irəlidə ikinci dəfə sünnət etdirmək məcburiyyəti yarana bilər. Sünnət sonrasında lazımi dərəcədə qulluq edilmədiyi hallarda isə penis dərinin glansaya yapışıqlığı mövzu ola bilər.

Hansı halda həkimə müraciət etmək lazımdır? Sünnət sonrasında bu hallarda həkimə müraciət edilməlidir:

  • əgər göz yaşı axar kimi davam edən bir qanama varsa;
  • uşaq sidiyə gedərkən çətinlik çəkərsə və ağlayarsa;
  • penis və çevrəsində gözləniləndən çox şişmə və ya istilik olarsa.