Samsung Galaxy S5 haqqında bunları bilməlisiniz

Artıq aprelin 11-dən başlayaraq Samsung Galaxy S5 modeli bütün dünyada satışa buraxılacaq. Bəs bu modeli əvvəlkilərdən əsas fərqləndirən nələr olacaq?

Samsung S5 metaldan olacaqmı? Rəsmi təqdimatdan öncə şayiələr gəzirdi ki Samsung S5 metaldan olacq ya da ki onun metal variantı olacaq. Bunu gözləyənlər yəqin ki məyus olacaqlar, çünki S5 tamamilə plastikdən yığılıb. Və bu Samsungun konsepsiyasına tam uyğundur, çünki əvvəllər də şirkətin önəm verdiyi məqamlar davamlılıq, yüngüllük və qiymət olub. 

Daha güclü kamera. Kamera S5-in ki ən çox inkişaf etdirilmiş elementi sayıla bilər və bu sadəcə 16 meqapikselə görə deyil. Əslində bugünkü gündə meqapiksel sayının əhəmiyyəti demək olar ki artıq önəmli deyil. Əsas məsələ çəkiliş və şəkillərin prosess edilməsidir bunları da Samsung bu dəfə xeyil yaxşılaşdıra bilib. S5-in sürətli avtofokusu şəkilin çəkilməsini 0.3 saniyədə həyata keçirə bilir. Bu o deməkdir ki, şəkil çəkərkən telefonu əlimizdə sərt saxlaya bilməsək belə şəkillərin dəqiqliyi olduqca yüksək olacaq.

Barmaq izi sensoru. Samsung S5-də telefonu blokdan çıxartmaq üçün siz artıq barmaq izi sensordan istifadə edə biləcəksiniz. Bu imkan həmçinin PayPal kimi ödəmə sistemlərində şifrə yerinə istifadə oluna bilər. Telefonun yaddaşında 3 qədər barmağın izi saxlanıla bilər. Bu sensor telefonun ana düyməsinin üzərində yerləşəcək və telefonu blokdan çıxartmaq üçün siz həmin düymənin üzərindən yuxarıdan aşağıya doğru barmağınızı keçirməli olacaqsınız. 

Ürək döyüntüsü monitoru. S5-in arxasında, düz kameranın altında, yeni sensor yerləşdirilmişdir. Bu ürək döyüntüsünü ölçmək imkanını verən Samsung-un yeniliyidir. Barmağınızı həmin sensorun üzərində bir neçə saniyəlik saxladıqda telefonda quraşdırılmış xüsusi S Health proqramı sizin ürəyinizin dəqiqədə neçə dəfə döyündüyünü göstərəcək. Bu funksiyadan əsasən idmanla aktiv məşğul olanlar və ürək döyüntüsünün dinamikasına nəzarət edən adamlar faydalana biləcəklər.

Batareyaya qənaət (Ultra Power Saving Mode). Samsungun mühəndisləri iddia edirlər ki batareya ömrünə qənaət rejimi batareyanın 10% qaldıqda belə telefonun daha 24 saat ərzində işləməsinə imkan verəcək. Buna nail olmaq üçün monitorun parlaqlığı azaldılacaq, prosessorun işi məhdudlaşdırılacaq, GPS və WiFi söndürüləcək və bir çox önəmli olmayan app-ları işi dayandırılacaq. 

Suya davamlı. The other big deal is that the Samsung Galaxy S5 is waterproof and dustproof to an IP67 rating, which means it's almost completely resistant to dust and waterproof to a depth of 1m for 30 minutes – more than enough time to fish it out when thrown down a toilet.