Pişiklər insanları necə müalicə edir?

Cavab:

Pişiklər insanları sağaltmaq bacarığı ilə məşhurdurlar. Alimlər hələ ki bu fenomeni izah edə bilmirlər. Yalnız statistika və rəqəmlər göstərir ki, hansı evlərdə pişiklər yaşayırsa, həmin insanlar daha az həkimlərə müraciət edir. Belə müalicəni felinoterapiya adlandırıblar. Bir neçə versiya mövcuddur. Onların biri pişiklərdə ekstrasensor qabiliyyətin olması ilə bağlıdır, pişiklər insanda ağrını və xəstəliyi hiss edib özünə götürürlər. İnsan mənfi energiyanı verəndən sonra sağalır. Sübut olunub ki, pişiklər alçaq tezlikli elektromaqnit sahəsinin yaradılması bacarığına malikdirlər. Belə təsir insanın daxili sətəlcəmi və əsəb sistemin xəstəliklərini müalicə edir, baş ağrısını aradan götürür. Pişiklər qəribə bir tərzi ilə insanın ağrıyan yerlərini hiss edirlər, həmin yerlərə uzanıb onları isidirlər. Hətta pişiklərdən çıxan səslər də insanlar üçün sağaldıcıdır.

 1001vopros.com