Pişik neçə il yaşayır?

Cavab:

Belə suala cavab vermək üçün, bəzi məqamları açıqlamaq lazımdır. Pişik yaxşı və düzgün qidalanırsa, stress hallarına düşmürsə, baytarın daimi nəzarətində olursa və lazımi qədər əzizlənirsə, belə bir pişik çox yaşaya bilər. Belə bir şərait, demək olar ki, pişiklər üçün ideal sayılır. Belə pişiyin ömrü iyirmi və daha çox bir il ola bilər. Qeydə alınmış ən çox yaşayan pişiyin ömrü otuz altı il (36) olub.

Qeyd etmək lazımdır ki, baytarlıq araşdırmaların məlumatlarına görə, pişik cərrahlıq yolu ilə varislikdən məhrum olduqda, onun ömür müddəti 2-4 ilə qədər arta bilər.

Küçə pişikləri (erkəkləri) neçə il yaşayır

Pişiyin ömrü yaşadığı yerindən asılıdır. Evdə yaşayan pişik, daha çox yaşayır, nəyinki küçədə yaşayan pişik. Bu onunla bağlıdır ki, küçə pişikləri daha çox fors-major hallarına düşür. Misal üçün, avtomobilin təkəri altına düşə bilərlər, yaxud qəzəbli itin qurbanı ola bilərlər. Küçə pişiklərinə müxtəlif sayda qorxulu infeksiya yoluxa bilər, yaxud onlar sadəcə olaraq yararsız qidadan zəhərlənə bilərlər. Statistik məlumatlara əsasən pişiklərin orta hesab ilə ömrü aşağıdakilardır:

- küçə pişiyin ömrü 6-8 il təşkil edir;

- ev pişiyin ömrü 15-18 il təşkil edir;

- süni yol ilə törədilən cins pişiklərin ömrü 10-12 il təşkil edir.

http://www.zoonoz.ru/