Paltaryuyan tozları necə seçmək lazımdır?

Cavab:

Seçim və gözləntilər

Biz bu və ya digər yuyucu tozunu seçərək nə ilə əsaslanmalıyıq? Təcrübə və tanışların tövsiyələri ilə, yaxud qiymətdən və reklamdan asılı olaraq? Əksəriyyət əlbəttə ki, sonuncunu seçir. Və daha tez-tez endirimlər və aksiyalar olan zamanı seçimini edir.

Bununla yanaşı ümid edirik ki, bu toz yuyucusu istisnasız olaraq bütün ləkələri yuyub təmizləyəcək, parçaya və paltaryuyan maşına zərər gətirməyəcək, parçanın bütün rənglərini parlaq saxlayacaq, ağ paltarı isə daha da ağ edəcək. Yalnız belə olmur. Hər bir toz yuyucusu, yalnız müəyyən çirklərin öhdəsindən daha yaxşı və yaxud pis dərəcədə gələ bilər. Ağardıcı vasitələr isə - ümumiyyətlə ayrı bir kateqoriyadır. Belə ki, seçim problemini daha ətraflı anlamaq lazımdır.   

Səthi aktiv maddələr əsasında olan toz yuyucuları

Belə toz yuyucuların tərkibində olduqca zərərsiz olmayan səthi aktiv maddələr mövcuddur, həmin maddələr paltarı yaxalayan zamanı parçadan çətin təmizlənir. Yalnız onu demək lazımdır ki, səthi aktiv maddələr adi, küçə və qida ləkələrini yaxşı təmizləyir. Həmin toz yuyucusuna ağardıcı elementləri əlavə edəndən sonra, onlar qəhvə, meyvə, çay və tərəvəz ləkələrin öhdəsindən gəlməyə kömək edir. Sousun qalıqlarını, pomada, yumurta sarısını, şokolad və qan qalıqlarını asanlıqla fermentlər vasitəsi ilə aradan götürmək olar.  

Paltaryuyan maşının vasitəsilə yaxud əl ilə yuma 

Heç bir vaxt başqa-başqa təyinatları olan toz yuyucularını biri biri ilə əvəz etmək olmaz.  "Avtomat" yuyucuları aşağı köpük verir, əks halda paltaryuyan maşın zədələnə bilər. "Əl yuma" isə sabit və yüksək köpük tələb edir.  

Biyoloji toz yuyucuları

Daha təhlükəsizdir. Soyuq suda yuyanda daha effektivdir. Süd, göyərti, souslar, dondurma, yumurta və qan lekeleri ilə yaxşı bacarır. Asanlıqla yağ, nişasta və neft çirklənmələrin öhdəsindən gəlir. Onların tərkibində xüsusi enzimlər var, məhz onlar ləkələr ilə mübarizə aparır. Lakin, temperatur 40 dərəcədən artıq olmamalıdır, əks halda onların təsiri itir.  

Ağ əşyalar üçün xüsusi işarəsi olan toz yuyucularını istifadə etmək lazımdır. Və heç bir halda onlar ilə birlikdə rəngarəng paltar yumaq olmaz, çünki onların tərkibində kifayət qədər aqressiv elementlər var, onlar boyaları ağardacaq və ya ləkə qoyacaq. 

Ağardıcı yuyucu tozları.

Onlar əşyaları daha da ağ etmir, yalnız ağlıq effektini yaradır. Bu yuyucu tozlar oksigen tərkibli çirklərin əsasında istehsal olunur. Bu cür vasitələr ən yaxşı temperatur 60 dərəcə olarkən işləyir. 

Evdə bu kimi yuyucular olmalıdır. 

·        Rəngli paltarlar üçün universal bioloji toz yuyucusu "avtomat";  

·        Ağ əşyalar üçün ağardıcı toz yuyucusu;   

·        Uşaq paltarları üçün toz yuyucusu; 

·        Ləkə təmizləyicisi;

·        Yaxalama və parçaların yumşaldılması üçün vasitə;

·        Əl ilə yuma üçün toz yuyucusu 

         

http://otvet.bigmir.net/