Mədə ilə bağlı problemlər: Səbəbləri nələrdir

Həzm etmə prosesi - ən mürəkkəb və əhəmiyyətli bir prosesdir. Bu prosesi pozmaq çox sadədir, bərpa etmək isə olduqça çətin.

Həzm yolu ilə yaranan problemlərin ən geniş yayılan səbəbləri bunlardır:

Travmalar

Bunlara qarına dəyən zərbələr və hamiləlik aiddir. Hətta həddindən artıq dar toqqalar və kəmərlər. Bunların hamısı mədə-bağırsaq sistemin normal işləməsinə mane olur, və qicqırma, gəyirmə, ağrılar və diskomfort ilə xarakterizə olunur.  

Nə etmək?

Zərbələrdən qorunmaq. Hamilə qadınlarda diskomfort halları olan zaman, hökmən həkim ilə məsləhəttəşmək. 

Qüsurlu su

Su kəmərindən gələn suyun tərkibində çox sayda zərərli qatışıqlar olur. Həmçinin belə suyu təmizləyən maddələr də insan üçün çox zərərlidir. Bu maddələr insana daha güclü və neqativ təsir edir, nəyinki qidalanmadan yaranan pozulmalar.

Nə etmək?

Heç bir zaman su kəmərindən gələn suyu içməmək.

Dişlərin vəziyyəti

Müalicə olunmamış dişlər mədə-bağırsaq sisteminə ziyan verir. Nəticədə orqanizmdə toksinlər əmələ gəlir, bu da öz növbəsində qastritin inkişafına təkan verir.

 Nə etmək?

Dişlər və ağız boşluğunun vəziyyətinə fikir vermək, hökmən stomatoloqa ildə 2 dəfə müraciət etmək. Qiqiyena qaydalarına riayət etmək: dişləri yeməkdən sonra stomatoloqun məsləhət etdiyi diş fırçası ilə dərhal təmizləmək.

Balanssız qidalanma

Bu balansı pozan hallarında, sizdə çox güman ki, qicqırma, gəyirmə, meteorizm və mədədə ağırlıq hissi olacaq. 

Nə etmək?

Hökmən gündə heç olmasa bir dəfə şorba içmək lazımdır, həmçinin qəbul olunan qidanın həcmi çox olmamalıdır.

Yuxusuzluq və doyunca yatmama

İnsan orqanizmi gündə 7-8 saat hökmən dincəlməlidir. Buna riayət edilməyəndə, yorğunluk artır və vaxt keçdikçə səhhət ilə bağlı müxtəlif problemlər yaranır.

 Nə etmək?

Gündəlik yuxu 7 saatdan az olmamalıdır. Ən faydalı və dərin yuxu - saat 24.00 qədər olan yuxudur.

Stresslər

İnsanın həzm yolu qorxuya, nifrətə, təcavüzkarlığa və paxıllığa, habelə uzun müddət sürən əsəbiləşməyə həssaslıqla reaksiya verir. İnsan stress halında çox bir vaxt olanda, onda qastrit əmələ gələ bilər. 

Nə etmək?

Neqativ fikirlərdən, qorxudan və nigaranlıqdan azad olun. Tək başına alınmırsa, psixoloqa müraciət edin.

Qipodinamiya

Hərəkət az olduqda insanın orqanizmində durğunluq yaranır, o cümlədən, həzm yolunda da. Buna görə də bizdə köp, qəbəlik və digər xoşagetməz hisslər yaranır.

Nə etmək?

Oturaq iş olduqda, hər bir 35-40 dəqiqədən sonra hərəkət edin. Sizin iş yerinizdə qimnastika etmək mümkün deyilsə, onda heç olmasa iş yerinizdən qalxıb, bir az gəzişin. Yaxşı olar ki, heç olmasa həftədə iki dəfə idmana vaxt ayırasınız. 

Parazitlər

Parazitlər bizi hər yerdə güdür və həzm yoluna daxil olarkən, orada özlərini çox yaxşı hiss edirlər və daima artırlar.

Nə etmək?

Yeməkdən qabaq əlləri və meyvə-tərəvəzi diqqətlə yumaq lazımdır. Bostanda işləyən zamanı əlcək geyinin. Çirkli hovuzlarda üzməyin. Heyvanlar ilə olan zaman qiqiyena qaydalarına riayət edin. 2 ildən bir orqanizmi parazitlərin olub olmamasını müəyyən etmək məqsədilə hökmən yoxladdırın. 

Dərmanlar

Bəzi antibiotiklər və uzun müddət istifadə olunan dava dərmanlar, həzm yolunun mikroflorasını pozur. Bu disbakterioz törədə bilər.

Nə etmək?

Heç bir zaman həkimlə məsləhət etmədən dərman gəbul etməyin. Siz daima 3 və daha artıq sayda dərman gəbul edirsizsə, və sizdə disbakterioz əlamətləri (qicqırma, gəyirmə, ağrılar və diskomfort) yaransa, dərhal qastroenteroloqa müraciət etmək lazımdır.

http://ivona.bigmir.net/