İt neçə il yaşayır?

Cavab:

İtlərin ömrü orta hesabla nə qədərdir sualına cavab vermək çox çətindir, çünki bu rəqəm çox amillərdən asılıdır. Bəzi itlər, demək olar ki, artıq 6 yaşında fəallıqını itirir, digərləri isə 10 yaşına kimi balaca küçük kimi qalırlar. Baytar həkimlərin dediyinə görə itlərin orta ömrü cəmi 12 il təşkil edir. Və onlar bu rəqəmi deyərkən, yoluxma xəstəlikləri və bədbəxt hadisələri nəzərdə tutmurlar. Bu rəqəm yalnız sağlam olan itlərə aiddir. Digər mənbələr isə deyir ki, itlərin maksimal yaş həddi 20-23 ildir.  Ən çox yaşayan itin ömrü 29,5 il olub, və bu qeydə alınmış dünya rekordudur. Əlbəttə ki, belə bir yaş təəccüblü bir istisnadır. Yalnız hər bir itin yiyəsi çalışır ki, onun iti daha çox yaşasın. Hər hansı bir heyvan, o cümlədən itlərdə, fizioloji və psixoloji cəhətdən insandan daha tez inkişaf edirlər. Belə bir fikir var ki, it ömrünün 1 ili insan ömrünün 7 ilinə bərabərdir. Yalnız bu belə deyil, bəzən isə tamamilə belə deyil. Altı aylıq "çixuaxua" cins küçüyün fizioljı cəhətdən inkişafı təqribən 5 yaşlı uşağın inkişafına bərabərdir. Amma "ingilis mastifin" küçüyü yalnız 2 yaşında böyüyür. İtin və insan ömrünün təxmini nisbi aşağıdakı cədvəldə (adətən heyvanların baytar pasportunda) göstərilir:  

18 ay - 20 yaş;

20 ay - 21 yaş;

22 ay - 22 yaş;

2 il - 24 yaş;

3 il - 28 yaş;

4 il - 32 yaş;

5 il - 36 yaş;

6 il - 40 yaş;

7 il - 44 yaş;

8 il - 48 yaş;

9 il - 52 yaş;

10 il - 56 yaş;

11 il - 60 yaş;

12 il - 64 yaş;

13 il - 68 yaş;

14 il - 72 yaş;

15 il - 76 yaş; 

17 il - 84 yaş;  

19 il - 92 yaş;

20 il - 100 yaş.    

İtin 10 yaşı tamam olandan sonra, ona daha da artıq diqqət göstərmək lazımdır.

http://vashipitomcy.ru/