İşdən azad olan və hal-hazırda işsiz olan vətəndaşlara dövlət tərəfindən nə kimi təminatlar verilir?

Cavab:

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq dövlət işaxtaran və işsiz vətəndaşlara aşağıdakı təminatları verir:

- Məşğulluq Xidməti orqanlarının vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə;

- Məşğulluq Xidməti orqanlarının göndərişi ilə pulsuz peşəyönümünə, peşə hazırlığına, yenidən hazırlığına və ixtisasının artırılması, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə təqaüdün ödənilməsinə;

- Vətəndaşın yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilən haqqı ödənilən ictimai işlərə cəlb olunmasına;

- Işsiz statusu alanlara işsizlik müavinətinin ödənilməsinə;

- Özünüməşğulluğa köməklik göstərilməsinə;

- Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən digər aktiv tədbirlərdə (əmək yarmarkaları, əmək birjaları, yeni iş yerləri və s.) iştirakına köməklik göstərilməsinə;

- Məşğulluq Xidməti orqanlarının təklifi ilə bir yaşayış məntəqəsindən digərinə işə (peşə kurslarına) göndərilməklə əlaqədar vətəndaşların çəkdiyi xərclərin mövcud qanunvericiliyə müvafiq olaraq kompensasiya edilməsinə;

- Məşğulluq Xidməti orqanlarının göndərişi ilə işə qəbul olunarkən və təhsil almağa göndərilərkən dövlət tibb müəssisələrində pulsuz tibbi müayinədən keçməsinə

Bundan əlavə bildiririk ki, Siz yaşadığınız ərazi üzrə rayon Məşğulluq Mərkəzinə müraciət edə bilərsiniz.

http://ses.gov.az/