İnfraqırmızı qızdırıcını necə seçmək lazımdır?

Cavab:

Evdə isitmə cihaz - həmişə faydalı və zəruri bir şeydir.

Üstünlüklər

Bu gün infraqırmızı qızdırıcı - hər mənzildə istilik baxımından məsələnin ən optimal həllidir. Onların iş prinsipi elə qurulub ki, havanı 26 dərəcədən artıq qızdırmırlar, ona görə də otağın mikroiqlimi həddindən artıq quru olmur.

Enerji istehlakı baxımından belə qızdırıcılar digər növlərdən daha sərfəlidir (təxminən 50% qədər). Bunun əldə olunması ondan ibarətdir ki, infraqırmızı qızdırıcı havanı yox, yalnız otağın aşağı hissəsini qızdırır və bunun nəticəsində komfortlu temperatur daha uzun bir vaxt saxlanılır. Bundan əlavə, onlar çox yer tutmur və hər hansı bir otağın interyerini pozmur.

İnfraqırmızı qızdırıcını necə seçmək 

Qızdırıcılar uzun və qısa dalğalı olur.

Uzun dalğalı qızdırıcıların istilik elementi - tendir. Qızdırıcının və ev əşyaların arasında olan minimum məsafə 50 santimetrdən az olmamalıdır. Onlar kifayət qədər odadavamlıdır, çünki mənzili qızdıran metal plastinin temperaturu 230 dərəcəyə kimi ola bilər. 

Qısa dalğalı qızdırıcıların istilik elementi şüşə boruda olan spiral detaldır (tez-tez Çində istehsal edilən). Belə qızdırıcılar tamamilə təhlükəsiz deyil, çünki onların borusu 600 dərəcəyə qədər qızdıra bilər. Belə qızdıracıların və ev əşyaların arasında yalnız 3 metrdən az məsafə ola bilməz.

Güc

10 kvadrat metri olan mənzilə 1000 vattlı qızdırıcı yaraya bilər.

Bağ mənzilin 1 kvadrat metrinə isə 130 vattlı qızdırıcı lazımdır. Temperatur optimala çatdıqda, qızdırıcı gücü kifayət qədər və düzgün hesablanıbsa, özü sönməlidir.

Qızdırıcıların qücü 1500 vattdan çox olmur. Belə ki, 10 kvadrat metrdən çox olan mənzillər üçün iki və daha çox cihaz almaq lazımdır.

Fikirləşməyin ki, aşağı güclü qızdırıcı mənzili kifayət qədər qızdıracaq. Buna daha çox vaxt sərf olsada, mənzil lazımi qədər qızmayacaq. Ən yaxşı variant yüksək güclü qızdırıcıdır, hansı ki sizin mənzili minimum vaxtda qızdıracaq və özü sönəcək. 

http://otvet.bigmir.net/