İcarə üçün mənzilin internet vasitəsilə axtarılma yolları ya fırıldaqçılardan necə yaxa qurtarmaq

Müasir dövrdə icarə üçün lazımi mənzilin tapılmasının ən asan yolu - internetə müraciətdir. Məlumdur ki, belə xidmətləri rieltorlar, müxtəlif agentliklər və bilavasitə mənzillərin sahibləri təklif edir. İnternet üsulunun, qazet elanlarından fərqli olaraq, üstünlüyü ondan ibarətdir ki, dərc edilən məlumatlar daim yenilənir. Seçim çoxdur, lakin çoxsaylı təkliflərin arasından, sizə lazımi olan mənzili necə tapmaq və bunu edərkən fırıldaqçıların tələsinə necə düçməmək olar? Əlbəttə ki, hər bir kəs fırıldaqçılar ilə rastlaşa bilər. Lakin bu məqalədə olan tövsiyələrə və məsləhətlərə riayət etdiyiniz halında, siz fırıldaqçılardan yaxa qurtara bilərsiz. 

Adətən, fırıldaqçıların əlinə sadəlövh və təcrübəsiz insanlar düşür, belə insanların bu barədə heç bir məlumatı yoxdur, və onları bu məsələ heç bir vaxt maraqlandırmayıb.

Fırıldaqçılar "öz işində" adətən aşağıdaki üsulları işlədir:

- mənzili, bazar qiymətlərdən fərqli olaraq, aşağı qiymətə təklif edirlər; 

- təklifləri rənqbərənq şəkillər ilə təqdim edirlər;

- yazıllar ki, mənzildən metroya kimi piyada cəmi on dəqiqəyə çatmaq olar.

Lakin əslində tamamilə başqa cür olur: şəkillər həqiqətə uyğun deyil, 10 dəqiqə isə 20 dəqiqə olur, o da nəqliyyatla. Bunların hamısı onun üçün edilir ki, müştəri mənzilə baxmaq üçün hökmən gəlsin. Həyat misalı: müştəri saytda konkret bir təklifi seçir, bu təklifin real ünvanı ilə yanaşı konkret bir qiymət göstərilir. O dərhal agentliklən əlaqə saxlayır. Müştəriyə cavab verirlər ki, bu adi reklamdır, və belə ünvan sadəcə olaraq yoxdur, yaxud mənzil artıq icarəyə verilib, və dərhal sizə başqa bir variantlar təklif edirlər.  Belə olduqda, bilin ki, bunların hamısı yalandır, və dərhal belə agentliklər ilə əlaqəni kəsin.

Mənzilin aşağı qiyməti və agentliyin aşağı rüsum faizi də sizi sayıq olmağa məcbur etməlidir, adətən bu rəqəmlər qiymətlər bazarında olan ümumi qiymətlər tendensiyaya uyğun olur. Sizə dəsələr ki, siz yalnız yaşadığınız mənzilin kommunal xərclərini ödəyin və mənzilə göz yetirin, bilin ki bu tam fırıldaqdır.

Belə bir variant da var. Siz agentliyi seçəndən sonra, ona tapşırırsız ki, o sizin üçün lazımi variantı seçsin. Əsas odur ki, agentlik etibarlı olsun. Başqa cür belə ola bilər: sizə siyahı ilə bir neçə variant təklif edirlər və bunların ödəməsini sizdən tələb edirlər, siz pulu ödəyirsiz, amma əvəzində. ya bir heç sey almırsız, ya da ki, mövcud olmayan telefon nömrələrini alırsınız. Əksər hallarda müştəri məhkəməyə müraciət etmir, çünki belə bir xidmətlərin qiyməti çox olmur. Siz şikayət ilə təkrarən həmin agentliyə müraciət etdikdə, sizə cavab verəcəklər ki, agentlik yalnız məlumat xidmətlərini təqdim edir, hansıları ki siz ödəmisiniz.

Agentliyə müraciət edəndə fırıldağın bir növü da rast gələ bilərsiz: bəzi agentliklər mənzilin icarəyə verilməsi ərəfəsində, sizdən xahiş edirlər ki, girov qoyasınız. Adətən söz verirlər ki, bu məbləğ icarə məbləğinin hesabına daxil olacaq. Yalnız buna heç bir vaxt razılıq verməyin. Ona görə də, müqavilə bağlayan zamanı diqqətli olmaq lazımdır. Bilin ki, agentlik sizə yalnız mənzilin tapılması üçün xidmət göstərir, agentllik tərəfindən digər təklif edilən informasiya, yaxud başqa bir xidmətlərin edilməsinə razılıq verməyin.

Başqa bir fırıldaq da var. "Ev sahibi" saxta müqavilələr ilə eyni zamanda bir neçə müştəriyə mənzili təklif edir. Saxta müqaviləni əsl müqavilədən seçmək çox çətin olur. Belə olanda, siz "öz"mənzilinizə daxil olan zamanı, digər "sahiblər" ilə rastlaşırsız.

Müxtəlif forumlar vasitəsilə mənzil axtarmaq olar. Yalnız orada da fırıldaqçılara rast gəlmək olar. Misal üçün, belə bir məlumat ola bilər: evin yiyəsi yazır ki, başqa şəhərdə yaşayır, ona görə də xahiş edir ki, pulu sizdən yalnız köçürmə yolu ilə alsın. Belə məlumatlara dərhal inanmayın. Yalnız hər tərəfli həmin məlumatı yoxlayandan sonra, qərar qəbul edin.

Onu demək lazımdır ki, nəyinki şübhəli elanları oxuyan müştərilər fırıldaqçıların tələlərinə düşür. Bəzi hallarda elə olur ki, şübhəli olmayan adi elanlar da saxta olur. Ona görə də, düzgün seçim etmək üçün, siz mənzil bazarında mövcud olan qiymətləri öyrənməlisiz. Çalıçın bu məlumatı etibarlı və ixtisaslaşdrırlmış saytlardan və forumlardan oxuyasınız.

Bir sözlə, siz agentliyin vasitəsilə mənzil axtaran zamanı çalıçın ki, həmin agentliyə aid olan bütün məlumatı əldə edəsiniz: agentliyin göstərdiyi xidmətlər barədə ətraflı məlumat, xidmətlərin qiymətlərini, ödəmə sxemini, müqavilə ilə öhdəliklərin icra olunma müddətlərini, agentliyin öhdəlikləri yerinə yeturilmədiyi hallarında yaranan məsuliyyət və sairə. Yalnız bunu edəndən sonra, seçdiyiniz etibarlı və çübhəli olmayan agentlik ilə müqavilə bağlayın.

http://www.saferunet.org/