Hər hansı bir səbəbə görə əsəbiləşməyi necə tərgidək?

Siz daima hər hansı bir səbəbə görə əsəbiləşməyin tərgitmə üsullarını bu məqalədən öyrənəcəksiniz. Aşağıda sadalanan üsullar sössüz ki, sizə çox kömək etməlidir. Bir çox insanlar çox tez-tez müxtəlif səbəblərə görə həyacan keçirir. Və bu təəccüblü deyil. İnsanın sağlamlığına bu neqativ təsir göstərir, və nəticədə insan bir sıra ciddi xəstəliklərlə üzləşir. Cari problemləri və çətinlikləri həll edəndən sonra, insan yenidən yaranan problemlərin həlli barəsində fikirləşir və yenidən həyacan keçirir. Bu proses insanda ömür boyu ola bilər. Ona görə də, insan özünü nəzarət etməlidir və qorumalıdır.

Axır ki, hər bir səbəbə görə necə əsəbləşmiyək?

1. Problemləri yaranan vaxtı həll etməyə çalışın.

Məhz o problemləri həll etməlisiniz ki, hansıların həlli hökmən həmin vaxtda olmalıdır. Heç bir vaxt bütün problemlər birdən öz həllini tapmayıb. Siz keçmiş problemlərdən və bacara bilmədiyiniz işlərdən daima fikirləşsəniz, bu sizə və sizin sağlamlığınıza neqativ təsir göstərəcək. Misal üçün, nəsə baş verib, yaxud xoşagəlməz bir əhvalat olub, bu barədə əsəbiləşməyin yerinə fikirləşmək lazımdır ki, bunları həll etmək üçün nə etmək lazım olacaq.

2. Bü günki gün ilə yaşayın.

Heç bir vaxt keçmiş və qabaqda sizi gözləyən hadisələr barədə həyacan keçirməyin. Vacib odur ki, indiki zamanda sizi nə gözləyir. Bu o demək deyil ki, yalnız bu günlə yaşamaq lazımdır (baxmayaraq ki, xoşbəxt insanlar belə də edir), həlbəttə ki, gələcək planları qurmaq, və onlara nail olmaq üçün çalışmaq lazımdır. Yalnız indi söhbət ondan getmir. 

Başa düşməlisiz ki, sinir hüceyrələrinin sağlamlığı və qorunması ondan asılıdır ki, siz bu günü necə yaşamısız. Və bu günü özünüz və ətrafınızda olan insanlar üçün fayda ilə keçirməyə çalışın. Belə olduqda həyacan üçün heç bir səbəb olmayacaq.

3. Bütün faktları cəmləşdirib, təhlil edin.

Hər birimiz müxtəlif səbəblərə görə əsəbiləşir. Bunu ləğv etmək üçün, həyacan etdiyiniz bütün mənbələri bir yerdə qeyd edin, yəni onu qeyd edirsiniz ki, konkret sizi narahat edən nədir. Bu siyahını tərtib edəndən sonra, hər bir bəndi ayrılıqda təhlil edin. Səbəbləri və həyacanın köklərini tapın. Tapan kimi, lənqimədən problemi həll etmək üçün hərəkət edin. Əlbəttə ki, siz ona şəxsən, yaxud bilavasitə təsir edə bilsəz. Edə bilmədiyiniz halda...

4. Zəruriliyi qəbul edin.

Elə də ola bilər ki, siz heç cür, artıq baş vermiş vəziyyətə, yaxud əhvalata təsir edə bilmirsiz. Bu halda siz dərk etməlisiniz ki, bunu heç bir üsulla dəyişmək mümkün deyil, və bunu necə varsa elə də qəbul etməlisiz. 

5. Ən pis olan məqamı təyin edin.

Elə bir vəziyyət yarana bilər ki, hər hansı bir hadisənin gedişini dəyişmək mümkün olmur, buna görə əsəbiləşməyin və həyacan keçirməyin heç bir əhəmiyyəti yoxdur. Belə halda özünüz üçün ən pis ola bilən nəticəni müəyyən edin. Və bunu başa düşüb qəbul edəndə, artıq o sizə elə də pis və faciəli görünməyəcək. 

6. İş ilə məşqul olun.

Hər bir maraqlı və əyləncəli olan iş, insanı sakitləşdirir və stres vəziyyətindən azad edir. Belə bir vəziyyətə düşdüyünüz halda, dərhal hər hansı bir maraqlı işlə məşqul olun, belə olduqda əsəbiləşmiyəcəksiniz. 

7. Digər insanların rəyləri barədə həyacan keçirməyin.

İnanın ki, bunu etmək lazım deyil. İnsanların çoxu, onlar haqqında digər insanlar nə fikirləşdiyi barədə, həyacan keçirir. Əslində isə insanların əksəriyyəti siz barədə fikirləşmir, çünki onların öz problemləri həddindən artıq çoxdur. Ona görə də necə fikirləsirsiz, elə də edin. 

8. Siz gözlədiyinizi başqalardan gözləməyin.

Adətən valideynlər, qohumlar, dostlar, tanışlar biri birindən məhz onlar istədiyini gözləyir. ona görə onlardan incimək lazım deyil. Çünki insanların hamısı müxtəlifdir. Biz özümüz də ideal deyilik. 

9. Özünüz üçün problem uydurmayın.

Elə olur ki, hər hansı bir əhvalatı gözləyərkən, biz qabaqcadan təsəvvür edirik ki, necə ola bilər, ən pis variantları icad edirik və buna görə də çox əsəbiləşirik. Həqiqətən bunu heç bir hərəkət ilə dəyişə bilməyəcəksizsə, həyacan keçirməyin heç bir xeyri yoxdur (birinci məsləhətləri yada salın). Siz nəticənin alınması üçün əlinizdən gələni etdiniz, lakin nəticə yoxdur. Bununla razılaşmaq lazımdır.

10. Razı olun ki, siz nöqsansız deyilsiz.

Siz özünüzdən razı deyilsinizsə, deməli bu sizin nöqsanızdır. Və siz ömür boyu özünüzdə nöqsan tapacaqsız - boydan və çəkinizdən tutmuş, ağıl və xasiyyətə kimi. Yalnız buna görə həyacan keçirmək lazım deyil, çünki ideal insan yoxdur, siz daxil olmaq şərtilə. Bununla razılaşıb qəbul etmək lazımdır. Yalnız sizin hər hansı bir cəhətdən inkişafınıza heç bir kəs mane olmur.

 http://tvoy-upgrade.ru/