Hansı qidalar ev heyvanlarına zərərlidir?

Cavab:

Heyvanlara şokolad vermək olmaz - bu sinir sisteminə və ürəyə oyadıcı təsir göstərir. Heyvanda qusma, şiş, artıq susuzluq, sinir həyəcanı, bədən boyunca titrətmə və ürpəşmə, ürək döyünmənin pozulması ola bilər.

Itlər və pişiklər üçün üzüm zərərlidir, həm təzə, həm də quru. Bu böyrəklərə təsir göstərərək, onların funksiyasını pozur. Heyvan həddindən artıq kişmiş və ya üzüm yesə, onda nasazlıq, tez-tez sidiyə getmə, bulantı, hətta qusma da ola bilər. 

Həmçinin heyvanın rasionunda sarımsaq və soğan məhdudlaşdırılmalıdır. Bu qidalar qırmızı qan hüceyrələrini zədələyir, zəiflik və anemiyaya səbəb ola bilər. 

Heyvan bu qidaları həddindən artıq qəbul edəndə, onda sidik çəhrayı rəngdə olur. 

Ev heyvanlarına şəkər və ya şəkər əvəzedicisi vermək olmaz. Məsələn, xylitol orqanizmdə insulini artırır və heyvanın qanda şəkərin azaldılmasına səbəb olur. Itlərdə, o sarılıq, diareya, iştah itkisi və koordinasiyanın itirilməsinə səbəb ola bilər. 

Həmçinin, heyvanlara maya ilə bişirilmiş qidanı vermək olmaz. Heyvanda köpmə, diareya, qusma, yeməkdən tam imtina, nasazlıq və titrətmə ola bilər.

http://otvet.bigmir.net/