Futbol topun çəkisi nə qədərdir?

Cavab:

FİFA Approved tərəfindən qeyd (FİFA ilə bəyənilib) o deməkdir ki, top FİFA-nın bütün tələblərinə uyğundur və onun texnolojı və funksional xüsusiyyətlərini xarakterizə edir. Belə bir qeydiyyatı almaq üçün top aşağıdakı tələblərə uyğun olmalıdır:

    Çevrənin uzunluqu 68,5 - 69,5 santimetr (diametri 21,8—22,2 santimetr).
    Girdəlik - diametrin ən kiçik və ən böyük göstəricilərin fərqi ortaölçülü diametrdən 1,3%-dan daha artıq fərqlənə bilməz (topun diametri 16 nöqtədə ölçülür və daha sonra orta göstərici hesablanır).
    Sıçrama - 2 metr hündürlükdən atılan top 120 - 165 santimetr geri şıçramalıdır (yalnışlıq 10 santimetrdən çox olmamalıdır).
    Çəki 420-445 qram.
    Yumşalma - sınaq zamanı topu su ilə doldurulmuş bakda 250 dəfə fırlandırırlar və sıxırlar. Top canına o qədər su çəkməlidir ki, hansı ki onun başlanğıç çəkisini 10% daha çox artırmamalıdır.
    Təzyiqin saxlanması - test zamanı topu 1 bar  təzyiqin altında saxlayırlar. 72 saatdan sonra top havasını 20% daha çox itirməməlidir.
    Forma və ölçülərin saxlanması - test zamanı topu saatda 35 mil sürət ilə 2000 dəfə polad plastina atırlar. Tikiş yerləri zədələnməməlidirlər, təzyiqin itkisi və topun diametri habelə qirdəlik formasının dəyişikliyi minimal olmalıdır (idealda təzyiq, formanın girdəliyi və diametr dəyişilməməlidirlər).

genon.ru