Depressiya - nə etmək?

Depressiya hər bir insanda ola bilər. Bu o demək deyil ki, sizin ruh yüksəkliyiniz zəifdir. Bəzi insanlar depressiya halında uzun bir müddət olurlar, digərləri isə depressiyadan tez yaxa qurtarırlar. Kiməsə kömək lazım olur, digərləri isə belə haldan heç bir kəsin köməyi olmadan azad olurlar.

Daha tez depressiya qadınlarda olur, və bu onlarda olan yüksək emosionallıqla bağlıdır. Biz çalışarıq sizə məsləhət verək. 

Depressiyanın səbəbləri

Ən geniş yayılan səbəblər bunlardır:

1. Həyatda baş vermiş kəskin dəyişikliklər   

İtki olan zamanı (misal üçün, sizə yaxın olan insanın ölümü və mülkin itirilməsi hallarında), ciddi xəstəliklər, boşanma və s.. Belə olduqda, bəzi insanların əlavə dəstəyə ehtiiyacı olur, və insana dəstək verəndən sonra, o özünü yaxşı hiss edir.

2. Genetik meyllilik

Depressiyanın bəzi halları irsiliklə bağlı ola bilər.

3.  Beyində gedən kimyəvi proseslər

Bəzi dərmanlar depressiyaya səbəb ola bilər. 

Bunlardan başqa, depressiya insanın təbiəti ilə bağlıdır. Pessimist insanlar daha tez depressiyaya məruz qalırlar, nəyinki optimist insanlar.

Amerika psixoloqu Pol Hauk hesab edir ki, insan düşüncəsinin üç növü depressiyaya gətirib çıxara bilər:

1.   Özü-özünü təqsirləndirmə

2.   Öz-özünə rəhm

3.   Digər insanlara rəhm 

Qadınlarda depressiyaya təkan verən bioloji və psixoloji səbəblər 

Depressiyaya təkan verən elə səbəblər da var, hansılar ki, yalnız qadınlara məxsusdur. Bu qadının fiziologiya xüsusiyyəti ilə bağlıdır. Belə səbəblərə bunlar aiddir:

·         Menstruasiya qabağı problemlər

·         Hamiləlik və sonsuzluq

·         Doğumdan sonrakı depressiya

·         Perimenopauza və menopauza 

Psixoloji səbəblər

·        Hisslərin və həyacanların bir yerə cəmlənməsi

·        Bədən ilə bağlı olan narazılıq 

·        Stressə meyli olma 

Depressiya zamanı müalicə necə olmalıdır?

Hətta ən ağır formada olan depressiyanı müalicə etmək mümkündür. Ən geniş yayılan müalicə üsulları aşağıdakilardır:

·         "Danışıq" terapiyası; 

·         Koqnitiv (davranış) terapiyası;

·         Şəxsi (individual) terapiyası;

·         Antidepressantların təyin edilməsi.

Depressiyanın qarşısını almaq üçün on üsul

Axırda biz sizə on məsləhət veririrk, bu məsləhətlərə riayət etsəniz, çox güman ki, siz depressiyadan azad olarsız.

1.   Başa düşün və qəbul edin ki, emosiyaların dövriliyi mövcuddur.

Həyat dəyişkəndir. Bəzi günlərdə sizdə həddindən artıq enerji var, digər günlərdə isə yox. Vaxtınızın çox bir hissəsində isə emosiyalar haradasa ortada yerləşir. Müsbət və mənfi emosiyaların strukturu sizə hisslərin perspektivlərini görməyə kömək edəcək.

2.   Əksərən pozitiv insanlarla ünsiyyətdə olun 

Siz neqativ insanlar ilə ünsiyyətdə çox bir vaxt olsanız, təbiidir ki, siz onlar kimi fikirləşib hərəkət edəcəksiniz. Ona görə də pozitiv insanlar ilə ünsiyyətdə olmaq faydalıdır.

3.    Keçmiş müvəffəqiyyətləri yaddan çıxartmayın

Hər gün bir neçə dəqiqə ərzində keçmiş müvəffəqiyyətləri yada salın. Bu sizə bü günki problemlərin həll olunmasında çox kömək edəcək.

4.    Minnətdarlıqda fikrinizi cəmləşdirin 

Çalışmaq lazımdır ki, diqqətiniz həyatınızda baş verən yaxşı anlara cəmləşsin, pis anlar barədə heç bir vaxt fikirləşmək lazım deyil.

5.   "Dekorasiyanı" dəyişin

Hisslərin dəyişilməsinin ən yaxşı üsulu - sizi əhatə edən mühitin dəyişilməsidir.

6.    Hər gün təkrar edilən eyni şeylərdən imtina edin

Belə bir eyniliyi heç olmasa arabir dəyişməyə çalışın. 

7.   Təbiət və heyvanlar ilə ünsiyyətdə daha çox olmağa çalışın 

Bunu edərkən, siz başa düşəcəksiniz ki, insan üzləşən problemlərə çox fikir verməməlidir.

8.   Çoxlu hərəkət edin

Nə qədər çox hərəkət etsəniz, bir o qədər sizdə enerji çox olmaqla yanaşı, psixoloji halınız da yaxşı olacaq.

9.    Özünüzə kömək etmək üçün fəaliyyət göstərin

Depressiyadan azad olmağın ən yaxşı üsulu - tədbir görülməsinin dərhal başlanğıcıdır.

10. Problemləriniz barədə kosmik miqyası baxımından fikirləşin

İnsanlar tərəfindən düzgün edilməyən addımlar və hərəkətlər qısa bir vaxtda yaddan çıxır. Bu barədə fikirləşmək və bundan qorxmaq lazım deyil. Daha tez, siz başa düşəcəksiniz ki, bizim bütün problemlərimiz durumsuzdur. Bu gün bizi həyəcanlandıran hər bir şeyə, sabahki gündə laqeyd baxılma ilə nəticələnir. Ona görə də bu gün edilən səhvə görə həyəcan keçirmək lazım deyil, çünki sabah siz bu səhvi düzəldə bilərsiniz. İnsanın yaddaşı elə qurulub ki, ancaq yaxşı işlər yadda qalır, pis işlər isə tez yaddan çıxır. 

http://www.jlady.ru/