Çantadan və dal çantasından istifadə edən zamanı 5 qeyri-sağlam vərdiş, və rahat çantanı seçmək üçün 3 məsləhət barədə

İstər idman, yaxud çiyin çantasından, portfel, yaxud dal çantasından, və hər hansı bir digər çantanın növündən düzgün qaydada istifadə etmirsizsə, bu sizin sağlamlığınıza ziyan gətirə bilər. Sizin yükünüz həddindən artıq ağırdırsa, sizdə baş ağrısı, həmçinin boyunda və çiyinlərdə də ağrılar ola bilər.

5 ən geniş yayılan geyri-sağlam vərdişlər bunlardır:

5. Ağır çantanı həmişə eyni çiyində aparmaq

Çantanın çəkisi sizin çəkinizin 10%-dan artıq olmamalıdır. Çanta bundan ağırdırsa, və siz onu həmişə eyni çiyində aparırsızsa, sizdə beldə və çiyinlərdə ağrılar, hətta bəzi hallarda, baş ağrıları da ola bilər.

Belə hallarda insanlar elə bilir ki, onlarda miqren başlayır. Amma əslində, belə bir ağrıların səbəbi məhz ağır çantadır. Həddindən artıq yükləmə isə, güclü baş ağrıları verə bilər. Bundan yaxa qurtarmaq üçün, çantanı apararkən, çiyinlərdən növbə ilə istifadə edin. Belə halda baş ağrıları sizi narahat etməyəcək.

4. Çantanı nazik toqqacıq ilə aparmaq 

Nazik toqqacıq ilə olan çanta, yaxud dal çantası, xüsusilə ağır olanda, çiyin əzələsinə batır, və nəticədə ağrı verir. Metallı toqqacıqlar vəziyyəti daha da pisləşdirir. Daha enni və qalın toqqacıqlar ağırlığı yaxşı paylaşdırır. Gün ərzində çox vaxt çanta çiyində olursa, onda çantanı qısa bir müddətə qabağınıza keçirib, aparmaq məsləhətdir. Bununla siz bir müddət çiyinlərə olan ağırlığı aradan götürərsiz.

3. Dal çantasını həddindən artıq aşağıdan aparmaq

Dal çantasının ağırlığını bərabər yayan zamanı, əmin olun ki, siz onu düzgün aparırsınız. Yəni onu çiyinizin bir tərəfinə dəbərtməyin. Həmçinin nəzarət edin ki, dal çantası həddindən artıq aşağıda olmasın. İdealda o sinənin aşağı hissəsində yerləşməlidir. 

2. Çantanı yerə qoymaq 

Biz harada olsaq, çantalar da orda olur. Çantanı yerə qoymamağa çalışın, çünki belə bir halda, siz çox sayda bakteriyalar (stafilokok və vərəm basili) yığa bilərsiz, bu bakteriyalar infeksiya törədib, müxtəlif xəstəliklər ilə nəticələnə bilər. Hər gün çantanı hər tərəfdən, xüsusilə altdan, təmizləyin.

1. Hər yerdə eyni bir çantadan istifadə etmək

Hər hansı bir yerə gedən zamanı, çalışın ki, eyni çantadan istifadə etməyəsiniz. Eyni çantadan istifadə etsəniz, çanta günü-gündən ağırlaşacaq, çünki çanta daha çox yeni şeylər ilə dolacaq. Ona görə də, getdiyiniz yerdən asılı olaraq, özünüz üçün müvafiq çanta seçin. Misal üçün, idmana gedən zamanı bir çantadan, dükanlara gedən zamanı isə, başqa çantadan istifadə edin. 

Çantanı alarkən hansı məqamlara fikir vermək lazımdır: 3 məsləhət 

Sizin kürəyiniz çanta daşımaqdan ağrayırsa, onda aşağıda sadalanan məsləhətlərə riayət edin:

1. Çantanın çəkisinə fikir verin

Bəzi müasir çantalar cürbəcür metal perçin, toqqa və zəncirlər ilə bəzənilir. Dərinin özüdə çantaya ağırlıq verir. Belə çantalar çox ağır olur. Təsəvvür edin ki, bu cür çanta gündəlik qoyduğunuz şeylər ilə birlikdə necə ağır olacaq.

2. Çantanın qulpuna və toqqacığına fikir verin

Sürüşən qulpları seçməyin. Üstünlüyü, portfellərdə kimi, qısa toqqacıqlar olan çantalara verin. Belə olanda, siz çantanı çiyin ilə bərabər, həmçinin əlinizdə də apara bilərsiniz.

3. Əmin olun ki, çanta sizə hündürlük baxımından, həqiqətən uyğun gəlir

Çantanı alan zamanı onun hündürlüyünə fikir verin. Çantanın hündürlüyü sizin boyunuza uyğun olmalıdır. Çanta həddindən artıq qısadırsa, onda siz yeriş zamanı əlləriniz ilə sərbəst hərəkət edə bilməyəcəksiniz. Çanta həddindən artıq uzundursa - bu sizin yerişinizi pisləşdirəcək. Çanta düz sizin beliniz səviyyəsində olmalıdır. 

http://lifehacker.ru/