Butsaları necə seçmək lazımdır?

Cavab:

Məlumdur ki, hər bir ayaqqabı alarkən həmişə fikir vermək lazımdır ki, hansı materialdan o hazırlanıb. Axı bu onun möhkəmliyi və rahatlıqı deməkdir. Futbolçu üçün həm də müvəffəqiyyətli oyunun təminatıdır. Butsanın yuxarı hissəsində xüsusi örtü təsirliliyi və topa nəzarəti optimallaşdırır, xüsusən topla cürbəcür burmalar etdiyi zaman.

Hal hazırda butsaların tikilməsində dərinin müxtəlif növlərindən istifadə edirlər. Hamıya məlumdur ki, hər hansı tipli butsaların tikilməsi üçün ən yaxşı material kenqurunun dərisi sayılır. Həmin dəri elastik, ayaqda yaxşı oturur və rütubətdən qorxmur. Yüksək keyfiyyətli idman ayaqqabı avstraliya kenqurunun xalis bir parça dərisindən istehsal olunur və çəkisi 200 qramdan artıq olmur. Həmçinin son zamanlarda futbol ayaqqablarının dünyada tanınmış istehsalçıları arasında "yapon dərisi" adlanan bir dəri çox tanınmış olub. Bu süni bir materialdır, öz xüsusiyyətləri ilə təbii dəriyyə yaxın bir dəridir, lakin daha möhkəmdir və deformasiyaya davamlıdır.

Hər bir futbolçuya məlum olmalıdır ki, butsaların ölçüsünü seçdiyi zaman nəyinki ayağın ölçüsünü nəzərə almaq lazımdır, habelə hansı dəridən onlar istehsal olunub. Butsalar həddindən artıq boş olmamalıdırlar, hətta lap boş. Butsalar təbii dəridən istehsal olubsa, bu halda 3-4 oyundan sonra onlar boşalacaqlar. Ona qörə də belə butsaları yap-yaxın seçmək lazımdır. Eyni zamanda sintetik materialdan istehsal olunmuş butsaları bir ölçü artıq seçmək lazımdır.

genon.ru