Bazarda təzə kəsmiyi necə seçmək lazımdır?

Cavab:

Təzə kəsmiyin rəngi krem kölgə ilə ağ olmalıdır. Kəsmiyin rəngi eyni olmalıdır, hər hansı digər rəng olmamalıdır. Yaxşı yağlı kəsmik ovulub tökülməməlidir, eyni zamanda bərk döyəclənmiş bir parça kimi də olmamalıdır. Kəsmiyi alanda allanmayın, yalnız dadına baxdığınız kəsmiyi alın, digər kəsmik parçasını almayın. Çünki satıcılar tez-tez üzdə olan yaxşı kəsmiyin əvəzinə alıcıya altdan köhnə kəsmik verirlər. Yaxşı kəsmiyin dadı bir az şirin və bir az turş olmalıdır. Əsl keyfiyyətli kəsmiyi siz heç bir əlavələr (qənd, mürəbbə) olmadan yeyə bilərsiz. Həmçinin, satıcılar malın çəkisini artırmaq üçün, kəsmiyə kraxmal qata bilərlər. Kəsmiyin kiçik bir parçasına yod damcılayın. Yodun rəngı (qəhvəyi) eyni olaraq qalırsa, deməli kəsmiyin tərkibində kraxmal yoxdur. Kəsmiyin rəngi dəyişirsə (göy, bənövşəyi və s.), deməli belə kəsmiyin tərkibində kraxmal və digər əlavələr var.

http://otvet.qip.ru