Ailədə bir uşaq - mütləq eqoist olmalıdır?

Cavab:

Bu tərbiyədən və ailədə olan münasibətlərdən asılıdır. Ailədə bütün ailə üzvlərinin diqqəti ilk növbədə uşağa cəmləşirsə, onda çox güman ki, belə uşaq eqoist olacaq. Ailədə diqqət bütün ailə üzvlərinə bərabər cəmləşəndə isə, uşaq çox güman ki, eqoist olmayacaq.  Demək lazımdır ki, çoxuşaqlı ailədə də eqoist uşaq böyüyə bilər. Əsas odur ki, uşağın erkən yaşından ailədə bəzi məsuliyyətləri olmalıdır, onu uşaqlıqdan zəhmətə öyrətmək lazımdır. 

http://qq.by/