Ailə biznesin xüsusiyyətləri

Ailə münasibətləri inam və güclü əlaqələr ilə fərqlənir. Şəxsi biznesi yaradanda, bir çox insanlar biznesə məhz ailə üzvlərinini cəlb etməyə çalışır. Bunun yaxşılığı ondadır ki, pul ailə büdcəsindən çıxmayacaq, və tərəfdaşlara tam etibar etmək olar. Bəs ailə biznesin yaxşılığı nədədir? Məqalədə bu barədə söhbət aparacayıq.

Ailə biznesi: üstünlüklər və mənfi cəhətlər

Ailə biznesi uğurludursa, bu maksimum mənfəət gətirir. Bu o deməkdir ki, pul ailə büdcəsinə tez qaytarılır. Ümumi maraq və düzgün qurulmuş biznes - əlaqələr qohumları daha da artıq yaxınlaşdırır, və eyni zamanda onların arasında olan qarşılıqlı əlaqələrin mümkünlüyünü artırır.

Ailə businesin yaxşı xüsusiyyətlərindən biri də odur ki, ailə üzvlərinin biri birindən praktiki olaraq heç bir sirləri yoxdur. Buna görə də, gözlənilməz hadisələrin ehtimalı və nəticə olaraq, onların maddi itkiləri çox azalır. Ailə üzvü olan hər birisinin şəxsi planları başqaları üçün sirr deyil, buna görə də, işlə bağlı olan mümkün boşluqları əvvəlcədən nəzərə almaq olar. Muzdlu əməkdaşlar ilə müqayisə etsək, onlar adətən ailədə artıq baş vermiş fakt barədə müdiriyyəti məlumatlandırırlar, və bu tez-tez işə mane olan anda baş verir.

Madam ki, ailə üzvləri biri birinə etibar edir, bu səbəbdən işlə bağlı zərər riski çox dərəcədə azalır. Muzdlu işçi işə götürəndə isə, elə ola bilər ki, həmin işçi şirkətin inkişafı barədə yox, yalnız öz cibi haqqında fikirləşəcək.

Ailə biznesin bir müsbət cəhəti də odur ki, nə qədər ki biznes inkişaf edir, işçilər kiçik bir əmək haqqı, və ya hətta pulsuz işləməyə razıdırlar. Maliyyə çətinlikləri olduqda, ailə üzvlərini başa salmaq çox asan olur, nəyinki özgə adamları.

Ailə biznesin yaxşı cəhətlərdən biri də odur ki, biznesə evladları qoşmaq olar. Belə olanda, onlar təcrübə keçir. Valideynlərin şəxsi timsalında öyrənmə daha effektiv keçir. Daha sonra biznesi evladlara təfil vermək olar. Əlbəttə də ki, onlar ailə biznesini davam etmək istəsələr, bu uşaqların gələcəyini təmin edəcək.

Artıq bu məqalədən siz bildiniz ki, ailə biznesin yaxşı xüsusiyyətləri hansılardır. Lakin belə biznesin mənfi cəhətləri də var. Bunlara peşəkarlığın aşağı səviyyəsi, şəxsi və işgüzar əlaqələrin ayırma imkansızlığı aiddir. Buna görə də, ailə biznesini başlamazdan əvvəl, əsaslı surətdə fikirləşmək lazımdır. 

http://otvet.bigmir.net/